IP No.1 AZ Kim, Nə, Necə və Niyə
IPlər

IP No.1 AZ Kim, Nə, Necə və Niyə

Asılı kimdir?

Əksəriyyətimizin bu sual haqqında çox düşünməsinə ehtiyac yoxdur. Biz bilirik! Bütün həyatımız və düşüncələrimiz bu və ya digər formada narkotiklər üzərində cəmlənmişdi - onları əldə etmək, istifadə etmək və daha çox əldə etmək üçün yollar və vasitələr tapmaq. İstifadə etmək üçün yaşadıq və yaşamaq üçün istifadə etdik. Sadə dillə desək, asılı, həyatı narkotiklərin idarəsində olan kişi və ya qadındır. Biz xroniki və inkişaf edən xəstəliyin əsiri olan insanlarıq, bu xəstəliyin də sonu həmişə eyni olur: həbsxana, xəstəxana və yaxud ölüm.

IP No.2 AZ Qrup
IPlər

IP No.2 AZ Qrup

Anonim Narkomanlar qrupu , asılılıq xəstəliyindən sağalma məqsədi ilə müəyyən bir zaman və yerdə mütəmadi olaraq toplanan iki və ya daha çox sağalmaqda olan asılının toplantısıdır. Bütün Anonim Narkomanlar qrupları AN-in On İki Addım və On İki Ənənəsinin prinsiplərinə bağlıdır. Hər bir qrupun yalnız bir əsas məqsədi var—sağalma xəbərini hələ də əzab çəkən asılıya çatdırmaq.

IP No.6 AZ Sağalma və istifadəyə qayıdış
IPlər

IP No.6 AZ Sağalma və istifadəyə qayıdış

Bütün asılıların əsasən eyni olmalarına baxmayaraq, fərdlər arasında xəstəliyin dərəcəsi və sağalma tempi baxımından fərqliliklərimiz var. Bəzən istifadəyə qayıdış tam azadlıq üçün zəmin yarada bilər. Bəzən isə azadlıq, yalnız, böhran keçənə qədər , nə olursa olsun, qətiyyətli və inadkar bir iradə ilə tutunaraq əldə oluna bilər.

IP Nr. 7-AZ Mən Asılıyam?
IPlər

IP Nr. 7-AZ Mən Asılıyam?

Bu asan olmaya bilər. İstifadəmiz boyunca özümüzə həmişə “Mən bunu idarə edə bilərəm” dedik. İstifadənin əvvəlində bu doğru olsa da, artıq belə deyil. Narkotiklər bizi təsiri altına aldı. Yaşamaq üçün istifadə etdik, istifadə etmək üçün yaşadıq. Sadə dillə desək, asılı, həyatı narkotiklərin idarəsində olan insandır.

IP No.8 AZ  Yalnız  bu gün
IPlər

IP No.8 AZ Yalnız bu gün

Yalnız bu gün, mən sağalmaq, narkotik istifadə etmədən yaşamaq və həyatdan zövq almağım haqqında düşünəcəyəm. Yalnız bu gün, mən AN’də mənə inanan və sağalmağımda mənə kömək etmək istəyən kiməsə etibar edəcəyəm. Yalnız bu gün, bir proqramım olacaq. Mən var gücümlə ona əməl etməyə çalışacağam. Yalnız bu gün, mən AN‘in köməyi ilə həyatımı yeni və daha yaxşı bir tərəfdən görməyə çalışacağam. Yalnız bu gün, mən qorxmayacağam. Yeni tanışlarım, istifadə etməyən və yeni həyat yolu tapmış insanlar haqqında düşünəcəyəm. Bu yolda davam etdiyim müddətcə, heç bir şeydən qorxmayacağam.

IP No.9 AZ Proqrama uyğun yașamaq
IPlər

IP No.9 AZ Proqrama uyğun yașamaq

Bu günlük inventarizasiyanın məqsədi bu gün kim olduğumuzu və nə etdiyimizi izləməkdir. Hər bir sualı gündəlik cavablandırmağa çalış. Bacardığın qədər sadə və dürüst cavablar ver.Əgər bir gün yazmasan, daha sonra o günə yenidən qayıtma. Cavablarınızı və narahatlıqlarınızı son iyirmi dörd saatla məhdudlaşdırın və sualları günün sonunda tamamlayın. Əgər bu gündəlikdən bəzi hissələri paylaşmaq istəsən, bunu şifahi şəkildə etməyini tövsiyə edirik.

IP No.11 AZ Sponsorluq
IPlər

IP No.11 AZ Sponsorluq

AN toplantılarına qatılmağa başladığımız zaman çoxlarımızın eşitdiyi ilk tövsiyələrdən biri sponsor tapmaqdır. Yeni gələnlər olaraq, bunun nə demək olduğunu anlamaya bilərik. Sponsor nədir? Necə sponsor tapa və onunla işləyə bilərik ? Haradan sponsor tapa bilərik? Bu broşura sponsorluq haqqında qısa bir giriş kimi xidmət etmək üçün hazırlanıb.

IP No.13 AZ Gənc asılılardan gənc asılılara
IPlər

IP No.13 AZ Gənc asılılardan gənc asılılara

Bu ədəbiyyat Anonim Narkomanlar icmasının təmiz qalaraq yeni bir həyat yolu tapmış gənc üzvləri tərəfindən hazırlanmışdır.Dünyanın müxtəlif yerlərində, bir çox fərqli dillərdə danışan gənc asılılar AN-də təmizlənir və təmiz qalırlar.Biz bunu hər hansı bir asılının, nə qədər gənc olursa olsun, narkotik istifadəsini dayandıra, istifadə etmə istəyini itirə və yeni bir həyat yolu tapa biləcəyi barədə AN mesajını yaşama təcrübəmizi bölüşmək üçün yazırıq.

IP No.14 AZ  Bir asılının qəbul etmə, inam və öhdəliklə bağlı təcrübəsi
IPlər

IP No.14 AZ Bir asılının qəbul etmə, inam və öhdəliklə bağlı təcrübəsi

Mənim onlara inanmaqdan başqa seçimim yox idi . Həkimlər, psixiatrlar, xəstəxanalar, ruhi xəstəxanalar, iş dəyişiklikləri, evliliklər, boşanmaları yoxlamışdım; hamısı uğursuz olmuşdu. Ümidim yox idi, amma AN-də ümid tapdım. Mən xəstəliyindən sağalan asılılar tanıdım. Narkotiksiz necə yaşanılacağını öyrənə biləcəyimə inanmağa başladım. AN-də dəyişməyə başlamaq üçün ehtiyacım olan inamı tapdım.

IP No.15 AZ  İM və AN üzvü
IPlər

IP No.15 AZ İM və AN üzvü

AN xəbərini çatdırmaq bir çox üzvlərimizin sağalmasının vacib bir hissəsi olub, bəzilərimizin bacarıqlarını kəşf etməsinə və inkişaf etdirməsinə kömək edib. AN-in sağalma xəbəri sənin dəstəyinlə çox insana çata bilər. İM komitəsində iştirak sənə başqalarının həyatında müsbət dəyişiklik etmək üçün şans verir.

Əsas Mətn AZ
Kitablar

Əsas Mətn AZ

Biz ümid edirik ki, bu kitab (Əsas Mətn 6-cı nəşr) AN qrupunu tapanlara və sabah ora gələnlərə dünyanın bütün asılılarının sağalması haqqında xəbəri çatdıracaq. İllər keçdikcə icmamız dəyişdi, ədəbiyyatımız çoxaldı, kitablarımıza əlavələr və dəyişikliklər edildi, amma xəbərimiz dəyişməz olaraq qalır. Asılı – hər bir asılı narkotik istifadəsini dayandıra, istifadə istəyini itirə və yeni həyat yolu tapa bilər. Xoş gəlmisən, səni burada görmək bizi sevindirir! Bizimlə qal, birlikdə bu yolu davam edək və sağalmağımızın bir hissəsi ol.

Asılılıq xəstəliyi haqqında çox kitablar yazılmışdır. Bu kitab əsasən sağalmanın təbiətindən bəhs edir. Əgər siz asılısınızsa və bu kitab əlinizdədirsə, xahiş edirik, özünüzə bir fürsət verin və onu oxuyun!