Ödənişsiz. Anonim. Birlikdə.Əlaqə Nömrəsi: +994 50 232 52 82
Anonim Narkomanlar Programı nədir?

Anonim Narkomanlar Programı nədir?

AN narkotik vasitələrin onlar üçün ciddi problem olduğu kişilərin və ya qadınların qeyri-kommersiya icmasıdır. Biz sağalmaqda olan asılılarıq ki, təmiz qalmaqdan ötrü bir-birimizə dəstək vermək üçün müntəzəm olaraq bir yerə toplaşırıq.Bu, hər növ narkotik vasitələrdən tamamilə imtina etmə proqramıdır. Üzv olmaq üçün yeganə şərt narkotik vasitələrdən istifadə olunmasını dayandırmaq arzusudur. Biz sənə təklif edirik ki, yanlış olan köhnə rəylərdən azad olasan və heç nəyi mürəkkəbləşdirməyəsən. Proqramımız o qədər bəsit izah olunmuş prinsiplər toplusudur ki, biz onlara gündəlik həyatımızda əməl edə bilərik, ən əhəmiyyətlisi isə budur ki, onlar işləyir.

Tariximiz

Tariximiz

Anonim Narkomanlar 1940-cı illərin sonlarında Anonim Alkoqoliklər Proqramından yaranıb və ilk görüşlər 1950-ci illərin əvvəllərində ABŞ-ın Kaliforniya ştatının Los-Anceles bölgəsində ortaya çıxıb. NA proqramı kiçik bir ABŞ hərəkatı olaraq başlayıb və öz növünün dünyanın ən qədim və ən böyük təşkilatlarından birinə çevrilib. Bu gün Anonim Narkomanlar Amerikanın, Qərbi Avropanın, Avstraliyanın və Yeni Zelandiyanın əksər hissəsində yaxşı qurulub. Yeni yaranmış qruplar və NA icmaları indi Hindistan yarımqitəsi, Afrika, Şərqi Asiya, Yaxın Şərq və Şərqi Avropada səpələnib. Anonim Narkomanların kitabları və məlumat kitabçaları hazırda 49 dildə mövcuddur.

12 Addım

1

Biz asılılığımız qarşısında gücsüz olduğumuzu və həyatımızın idarəolunmaz hala gəldiyini etiraf etdik.

2

Bizdən daha böyük bir Gücün sağlam düşüncəmizi qaytara biləcəyinə inanmağa başladıq.

3

İradəmizi və həyatımızı öz dərk etdiyimiz İlahinin qayğısına təslim etmək qərarına gəldik.

4

Biz, özümüzün dərin və qorxusuz mənəvi inventarlaşdırmasını həyata keçirdik.

5

İlahinin, özümüzün və başqa insanın qarşısında öz səhvlərimizin əsl təbiətini etiraf etdik.

6

Xarakterimizin bütün bu qüsurlarının İlahi tərəfindən aradan qaldırılmasına tam hazır idik.

7

Ondan bizi bütün çatışmazlıqlarımızdan xilas etməsini təvazökarlıqla istədik.

8

Zərər vurduğumuz bütün insanların siyahısını tutduq və onlara həmin ziyanların əvəzini ödəməyə hazırlaşdıq.

9

Özlərinə və ya başqalarına zərər verə biləcəyimiz hallar istisna olmaqla, mümkün olan hər yerdə bu insanlara vurduğumuz zərərləri birbaşa ödədik.

10

Şəxsi inventarlaşdırmamıza davam etdik və səhv etdiyimiz zaman bunu dərhal etiraf etdik.

11

Öz dərk etdiyimiz İlahi ilə dua və meditasiya vasitəsilə şüurlu əlaqəmizi yaxşılaşdırmağa çalışdıq. Yalnız Onun həyatımız haqqında niyyəti və bunu yerinə yetirmək üçün bizə güc verməsini dua edib istədik.

12

Bu addımlar sayəsində mənəvi dirçəliş yaşayaraq biz bu xəbəri digər asılılara çatdırmağa və bu prinsibləri bütün işlərimizdə tətbiq etməyə çalışdıq.

12 Ənənə

1

Bizim ümumi rifahımız hər şeydən vacibdir; şəxsi sağalmağımız AN’ın birliyindən asılıdır.

2

Qrupumuzun məqsədi üçün tək bir səlahiyyət var -  qrup vicdanımızı ifadə edə bilən sevən İlahi. Liderlərimiz yalnız etibarlı xidmətçilərimizdir; onlar idarə etmirlər.

3

Üzvlük üçün yeganə şərt istifadəni dayandırmaq arzusudur.

4

Digər qruplara və ya bütövlükdə AN’a təsir edən məsələlər istisna olmaqla, hər bir qrup müstəqil olmalıdır.

5

Hər bir qrupun yalnız bir əsas məqsədi var - xəbəri hələ də əziyyət çəkən asılılara çatdırmaq.

6

Pul, əmlak və ya nüfuz problemləri bizi əsas məqsədimizdən yayındırmasın deyə, AN qrupu heç vaxt hər hansı əlaqəli müəssisəyə və ya kənar təşkilata Anonim Narkomanlar adından istifadə etmək icazəsi verməməli, onu maliyyələşdirməməli və ya dəstəkləməməlidir.

7

Hər bir AN qrupu kənardan təklif olunan maddi yardımdan imtina edərək tamamilə öz özünü mailiyyələşdirməlidir.

8

Anonim Narkomanlar həmişə qeyri-peşəkar qalmalıdır, lakin xidmət mərkəzlərimiz xüsusi mütəxəssisləri işə götürə bilərlər.

9

AN heç vaxt təşkilatlanmamalıdır, lakin biz birbaşa xidmət göstərdikləri şəxslərə tabe olan şöbələr və komitələr yarada bilərik.

10

Anonim Narkomanların kənar məsələlərlə bağlı heç bir fikri yoxdur; buna görə də AN adı heç vaxt ictimai müzakirələrə daxil edilməməlidir.

11

İctimaiyyətlə əlaqə siyasətimiz reklamdan daha çox cəlbediciliyə əsaslanır; biz həmişə mətbuat, radio və televiziya qarşısında şəxsi anonimliyimizi qoruyub saxlamalıyıq.

12

Anonimlik bütün ənənələrimizin mənəvi əsasıdır,bu, bizə daima prinsipləri şəxsiyyətlərdən üstün tutmalı olduğumuzu xatırladır.

Mesajımız

Mesaj budur ki, bir asılı, hər hansı bir asılı, narkotik istifadəsini dayandıra, istifadə etmə arzusunu itirə və yaşamaq üçün yeni bir yol tapa bilər. Mesajımız ümid, vədimiz isə azadlıqdır.