IP No.1 AZ

IP No.1 AZ

Asılı kimdir?

Əksəriyyətimizin bu sual haqqında çox düşünməsinə ehtiyac yoxdur. Biz bilirik! Bütün həyatımız və düşüncələrimiz bu və ya digər formada narkotiklər üzərində cəmlənmişdi - onları əldə etmək, istifadə etmək və daha çox əldə etmək üçün yollar və vasitələr tapmaq. İstifadə etmək üçün yaşadıq və yaşamaq üçün istifadə etdik. Sadə dillə desək, asılı, həyatı narkotiklərin idarəsində olan kişi və ya qadındır. Biz xroniki və inkişaf edən xəstəliyin əsiri olan insanlarıq, bu xəstəliyin də sonu həmişə eyni olur: həbsxana, xəstəxana və yaxud ölüm.

IP No.2 AZ

IP No.2 AZ

Anonim Narkomanlar qrupu , asılılıq xəstəliyindən sağalma məqsədi ilə müəyyən bir zaman və yerdə mütəmadi olaraq toplanan iki və ya daha çox sağalmaqda olan asılının toplantısıdır. Bütün Anonim Narkomanlar qrupları AN-in On İki Addım və On İki Ənənəsinin prinsiplərinə bağlıdır. Hər bir qrupun yalnız bir əsas məqsədi var—sağalma xəbərini hələ də əzab çəkən asılıya çatdırmaq.

IP No.6 AZ

IP No.6 AZ

Bütün asılıların əsasən eyni olmalarına baxmayaraq, fərdlər arasında xəstəliyin dərəcəsi və sağalma tempi baxımından fərqliliklərimiz var. Bəzən istifadəyə qayıdış tam azadlıq üçün zəmin yarada bilər. Bəzən isə azadlıq, yalnız, böhran keçənə qədər , nə olursa olsun, qətiyyətli və inadkar bir iradə ilə tutunaraq əldə oluna bilər.