Narkotik Problemdir?
Biz kömək edə bilərik.
Biz sadə və ödənişsiz sağalma proqramı təklif edirik.
İstənilən asılı istifadəni dayandıra, istifadə istəyini itirə və yeni həyat tərzi tapa bilər.
Üzvlük üçün yeganə şərt istifadəni dayandırmaq arzusudur
Anonim Narkomanlar AzərbaycanXoş gəlmisiniz
Sizə yaxın toplantını tapın, AN ədəbiyyatı ilə tanış olun və birliyimizin elanlarını izləyin.
Çoxumuzun bu sual üzərində çox düşünməsinə ehtiyac yoxdur. Biz bilirik! Bütün həyatımız və düşüncələrimiz bir mənalı olaraq narkotiklər üzərində cəmlənmişdi - onları əldə etmək, istifadə etmək və daha çox əldə etmək üçün yollar və vasitələr tapmaq. İstifadə etmək üçün yaşadıq və yaşamaq üçün istifadə etdik. Sadə dillə desək, asılı, həyatı narkotiklərin idarəsində olan kişi və ya qadındır. Biz xroniki və inkişaf edən bir xəstəliyin əsiri olan adamlarıq ki, bu xəstəliyin də sonu həmişə elə bir cür olur - ya həbsxana, - ya xəstəxana, - ya da ki ölüm.
Biz təmiz qalmaq üçün müntəzəm görüşür və bir-birimizə kömək edirik. Biz sağalırıq.
Sağalmamızı mümkün edən üç prinsip:
Dürüstlük
Asılı olduğumuzu etiraf etmək — dürüstlüyün ilk addımıdır.
Açıqfikirlilik
Yeni düşüncə və təcrübələrə açıq olmaqla, inkişaf və dəyişməyə imkan yaradırıq.
Hazırlıq
Sağalmaq və daha yaxşı bir həyat üçün lazımi addımları atmağa hazır oluruq.